Hörmüz boğazında baş verənlər neft qiymətlərinə necə təsir edir?backend

Hörmüz boğazında baş verənlər neft qiymətlərinə necə təsir edir?

Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib. Belə ki, ABŞ bu andan etibarən “Hörmüz boğazının mühafizəçisi” kimi tanınacağını qeyd edərək ədalət naminə təhlükəsizliyin təmin edilməsi üçün çəkilən bütün xərclərin əvəzinin ödənilməli olduğunu deyib. O, sonradan bu fikrindən imtina edib. Deyib ki, Yaxın Şərq ölkələrinin liderləri ilə keçirdiyi danışıqlardan sonra daha əvvəl elan etdiyi ABŞ üçün 20 faizlik kompensasiya rüsumundan imtina etmək qərarına gəlib.

Bəs rüsum məsələsi qüvvədə olarsa, Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, Tramp son aylarda 34 dəfə müharibənin bitdiyini və İranla razılıq əldə edildiyini bildirsə də yenə müharibə davam edir.

O qeyd edib ki, 20 faiz məsələsi də bir fikir olaraq deyilib: “Trampın müharibə dövründə dediyi fikirlərin hansının real, hansının qeyri-real olduğunu müəyyənləşdirmək mümkün deyil. Hazırda dəqiq məlumat budur ki, müharibə yenidən başlayıb, Hörmüz boğazından isə daşınmalar dayanıb. Bu neft qiymətlərinə artırıcı təsir göstərəcək. İran çalışır ki, Omanla birlikdə oradan keçən yüklərdən rüsum alsın, Amerika da bunun əleyhinədir. Düşünmürəm ki, Hörmüz boğazından keçən yüklər üçün Amerika rüsum alacaq. Sadəcə danışıqlar, müharibə prosesində istifadə olunan anlayışdır. Artıq məsələlər yekunlaşarsa, rüsumun tətbiq ediləcəyi haqda dəqiq məlumat olarsa, bu zaman dünya neft birjalarına təsiri müzakirə edilər. Çünki İran boğazdan keçən yüklər üçün həddən artıq az rüsum istəyirdi. Amerika isə narazı idi. Dünyanın heç bir ölkəsi buna razı deyildi. Amerikanın rüsum alacağı qeyri-real görünür. Amerikanın müttəfiqləri də buna icazə verməz. ABŞ rüsum alacaqsa, Panama kanalından ala bilər, çünki o birbaşa Amerikanın nəzarətindədir. Belə bir rüsum isə yoxdur. Düşünürəm, müharibə gedişində təzyiq kimi istifadə edir və çox sözlər deyir, bu gün dediyi ilə də sabah deyəcəyi üst-üstə düşməyə bilər”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban isə bildirib ki, müharibə dünya miqyasında neftin qiymətinin artımına səbəb olursa, deməli, Azərbaycan daha çox gəlir əldə edə bilir: “Bundan başqa Hörmüz boğazının ölkə iqtisadiyyatına hansısa təsiri faktiki olaraq yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*