Əkrəm Həsənov: “İstehsal Azərbaycanda aşağı səviyyədədir, çünki sahibkarlıq üçün normal investisiya şəraiti yoxdur”backend

Əkrəm Həsənov: “İstehsal Azərbaycanda aşağı səviyyədədir, çünki sahibkarlıq üçün normal investisiya şəraiti yoxdur”

“İstehsal Azərbaycanda aşağı səviyyədədir. Çünki sahibkarlıq üçün normal investisiya şəraiti, qanunçuluq yoxdur. Məhkəmələrin müstəqilliyi, savadlılığı yoxdur. İstehsal böyük prosesdir, ticarət deyil ki, kimdənsə tez alıb-satasan. Böyük pullar qoyulmalıdır. İllərlə inkişaf etdirilməlidir ki, nəticədə qazanc götürəsən. Bunun üçün gərək bazar iqtisadiyyatının ən təməl prinsiplərinə riayət olunsun”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanda mülkiyyət hüquqlarının müdafiəsi, bağlanılan müqavilələrin icrası və sağlam rəqabət yoxdur: “Sadə vətəndaşın evini qanunsuz alırlar. Müqavilə şərtləri pozulur, məhkəməyə verilir, bilinmir, orada nələr baş verəcək… Korrupsiya formasında, tapşırıqla həll olunur. Sağlam rəqabət yoxdur, məmurlar sahibkarın biznesini əlindən ala bilərlər… Belə şəraitdə kimdir pulu qoyan? Mövcud istehsal elə məmurlarındır, ya da birbaşa dövlətindir, amma o da səmərəli deyil. İnzibati qaydada sahibkarlıq işləmir. Digər ölkələrdə, məsələn Türkiyədə iqtisadi sahədə belə bir şey yoxdur. Kimsə başqasının əmlakını əlindən qanunsuz ala bilmir. Heç kimin sahibkarlığına maneə olmurlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*