Ukrayna müharibənin 1603-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 423 280 hərbçi, 12 141 ədəd tank, 24 936 ədəd zirehli döyüş maşını, 45 953 ədəd artilleriya sistemi, 1 936 (reaktiv yaylım atəş sistemi), 1 492 hava hücumundan müdafiə sistemi, 437 ədəd hərbi təyyarə, 353 ədəd helikopter, 1 907 ədəd yerüstü robot-texnika kompleksi, 409 204 ədəd PUA, 120 307 ədəd avtomobil texnikası, 4 906 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 420 xüsusi avadanlıq itirib.
