Nağdalyan Azərbaycanda pantürkizm meyllərindən danışdı – FOTObackend

Nağdalyan Azərbaycanda pantürkizm meyllərindən danışdı - FOTO

KONKRET.az bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan Azərbaycan və Türkiyə prezidentlərinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammitindəki açıqlamaları ilə bağlı yerli jurnalistlərin suallarını cavablandırıb.

Sual: İlham Əliyev bildirib ki, Zəngəzurun Ermənistana verilməsi türk dünyasında coğrafi parçalanmaya səbəb olmuşdu. Öz növbəsində, Türkiyə prezidenti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün əllərindən gələni edəcəklərini söyləyib. Bu açıqlamaları necə şərh edirsiniz?

Cavab: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yeddinci zirvə toplantısında Azərbaycan Prezidenti Ermənistan əraziləri ilə bağlı iddialarını bir daha təsdiqləyib, sadəcə bu dəfə çıxışına pantürkizm elementləri əlavə edib.

İrqçilik və ayrı-seçkiliyə əsaslanan Azərbaycan və Türkiyənin regional təhlükəsizliyə dair təhrif olunmuş fikir və yanaşmaları münaqişənin sülh yolu ilə həllinə mane olur, bölgədə və xaricdə qeyri-sabitliyin yayılmasına şərait yaradır.

Bütün bunlar bölgədəki erməni xalqının təhlükəsizliyini təmin etmək prioritetlərimizi də vurğulayır.

Sual: Türkiyə prezidenti çıxışında həmçinin qeyd edib ki, Türkiyə bütün tarixi boyu dinc əhalinin qətliamını etməyib və etməyəcək.

Cavab: Türkiyə Prezidentinin 24 aprel tarixli bəyanatında tarixi Vətənində erməni xalqının soyqırımını əsaslandırmağa çalışmasından sonra Türkiyə prezidentinin bu mövzuda verdiyi heç bir bəyanat şərhə layiq deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*