Bir qrup naməlum şəxs Fransanın Fren kommunasında həbsxanadan məhbusları azad etməyə çalışıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, onlarla qara paltarlı şəxsdən ibarət qrup həbsxanaya girməzdən əvvəl binaya atəşfəşanlıq edib.
Nəticədə həyəcan siqnalı işə düşüb. Bir neçə dəqiqə sonra onlar məhbusları azad etmək üçün penitensiar mərkəzə soxulmağa cəhd edib.
İnsidentdən sonra Milli Polisin elit bölməsi hadisə yerinə göndərilib.
İqbal Rzayev,
KONKRET.az
