NATO-ya yalvaran Finlandiya vaxtilə Stalinə də sülh üçün “boğaz çəkmışdi”backend

NATO-ya yalvaran Finlandiya vaxtilə Stalinə də sülh üçün "boğaz çəkmışdi"

Bu gün İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün demək olar ki, yalvarır. Bu, həmin Finlandiyadır ki, SSRİ ilə alçaldılmış müqavilə imzalamaqla güclə də olsa, öz suverenliyini qoruyub-saxlaya bilmişdi.

KONKRET.az-ın Analitik Qrupu aktuallığı nəzərə alaraq həmin tarixi dövrə qısa eksurs edib.

Təxminən 1944-cü ilin əvvəllərində sovet kəşfiyyatçıları Finlandiyada Sovet İttifaqı ilə müharibənin əleyhdarlarının getdikcə daha çox olduğu barədə Moskvaya məlumatlar ötürməyə başladı. Elə həmin ilin yayında Vıborq şəhəri Qırmızı Ordunun hücumuna məruz qaldıqdan sonra finlilərin əksəriyyəti bu müharibənin ölkələri üçün uğursuz sonluqla nəticələnəcəyinə əmin oldular.

Vıborq yaxınlığındakı uğurlardan dərhal sonra Sovet tərəfi Finlandiya ilə sülh danışıqları üçün eyham vurmağa başladı. Həmin dövrdə Finlandiya hökumətinə rəhbərlik edək Karl Mannerhaym vəziyyətin mürəkkəbliyini mükəmməl başa düşdüyündən, o da danışıqlar prosesinə meyllənməyə məcbur oldu. Avqustun sonuna kimi o, hökumətlə geniş iclas təşkil etdi . Həmin iclasda hökumət üzvlərindən heç biri SSRİ ilə qarşıdurmanı davam etdirmək üçün əsas tapmadı.

Finlər Stokholmdakı səfirlik vasitəsilə sovet tərəfi ilə əlaqə saxladılar – onlar sülhün hansı şəraitdə mümkün olduğunu öyrənmək xahişi ilə Moskvaya müraciət etdilər. Çox tezliklə, 29 avqust 1944-cü ildə Mannerhaym Stalin tərəfindən yazılmış bir məktub aldı və orada Sovet lideri finlərin Moskvaya gəlməsinə və gələcək sülh müqaviləsini müzakirə etməyə icazə verdi. Ancaq gəlməzdən əvvəl bir neçə şərti yerinə yetirmək lazım idi: birincisi, bütün alman birləşmələrini (təxminən 200 min nəfər) Finlandiyadan çıxarmaq, ikincisi, Almaniya ilə əlaqələri kəsmək.

Qeyd edək ki, finlərin çox seçimi yox idi və ölkəni xilas etmək üçün sovetlərin ağır şərtlərini qəbul etməyə məcbur oldular. Artıq 3 sentyabr 1944-cü ildə Mannerhaym bəzi Fin bölmələrinin şimala, almanların dayandığı Laplandiyaya köçürülməsi haqqında fərman verdi.

Lapland müharibəsi (almanlar və finlər arasında münaqişə) bir az sonra başladı.

Bunun fonunda sentyabrın 7-də finlərdən danışıqlar aparan şəxslər SSRİ-nin paytaxtına gəldilər. Onlar sülhün imzalanacağına inansalar da, müqavilə layihəsi ilə tanış olduqda şoka düşmüşdülər.

Buna baxmayaraq, danışıqlar sentyabrın 14-də başladı. Həm SSRİ, həm də Böyük Britaniya tərəfindən imzalanmış sənədin yekun variantı finlərə təqdim olundu. Bu, Finlandiya üçün inanılmaz dərəcədə ağır şərtlər altında olan müqavilə olsa, da finlərin başqa əlacı qalmamışdı.

  • QEYD: Sülh müqaviləsinə əsasən, 1944-cü ildən 1952-ci ilə qədər sovet tərəfi Finlandiyadan 300 milyon dollar dəyərində ödənişsiz məhsullar əldə etməli idi. Sənədə əsasən, Finlandiya ordusu minimuma endiriləcəkdi. Beləliklə, bəzi ərazilər Sovet İttifaqının tabeliyinə keçdi – Petsamo, Salo və Kareliya bölgələri, eləcə də Finlandiya körfəzindəki bəzi adalar. Sovet tərəfi Porkkala yarımadasındakı bazanı 50 il müddətinə icarəyə götürdü. Finlandiyada keçmişdə qadağan olunmuş Kommunist Partiyası qanunilik qazandı. Finlandiyada nasist ideyalarını dəstəkləyən, həmçinin Hitleri öz kumirinə çevirən bütün siyasi və hərbi təşkilatlar qadağan edildi.

Mannerhaymın bu şərtləri mübahisəsiz qəbul etməkdən başqa çarəsi yox idi. Yuxarıda qeyd etdiyimiz kimi, finlər qoşunların bir hissəsini ölkənin şimalında almanlara qarşı hərəkətə keçirib, əvvəlki havadarlarına qarşı müharibəyə başladı. Sovet İttifaqı ilə Finlandiya arasındakı sərhəd 1944-cü il oktyabrın 1-dən yenidən formalaşmağa başladı.

KONKRET.az-ın ANALİTİK QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*