Londonda bıçaqlı şəxs yəhudilərə hücum etdibackend

Londonda bıçaqlı şəxs yəhudilərə hücum etdi

Londonda yəhudilərin sıx yaşadığı Qolders Qrin rayonunda bıçaqlı şəxs ətrafdakılara hücum edib, nəticədə iki nəfər yaralanıb. BBC News-un məlumatına görə, hadisəni törədən şəxs artıq saxlanılıb.

“Şomrim” yəhudi asayişi mühafizə təşkilatının bildirdiyinə görə, cinayətkar küçə boyu qaçaraq yerli yəhudi icmasının üzvlərinə xəsarət yetirməyə çalışıb. O, əvvəlcə mühafizəçilər tərəfindən zərərsizləşdirilib, daha sonra hadisə yerinə gələn polis əməkdaşları şübhəliyə qarşı elektroşoker tətbiq edərək onu həbs ediblər.

KONKRET.az xəbər verir ki, London meri Sadiq Xan hər iki yaralının şəhər sakini olan yəhudilər olduğunu təsdiqləyib. Mer baş verənləri “iyrənc hadisə” adlandıraraq, cəmiyyətdə antisemitizmə heç bir halda yer olmadığını vurğulayıb. Şahidlərin sözlərinə görə, yaralılardan biri mağazanın yaxınlığında, digəri isə sinaqoqun qarşısında hücuma məruz qalıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*