backend

Nazir müavini məktəb direktorlarına xəbərdarlıq etdi

“Son 15 ildə 3216 məktəb binası tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib”.

KONKRET.AZ xəbər verir ki, bunu Tərtərə səfəri zamanı Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Nazir müavini bəzi məktəb direktorlarının onlar üçün yaradılan şəraitə biganə qaldığını vurğulayıb: “Vacib məsələlərdən biri yaradılan bu şəraitə uyğun keyfiyyətli təhsil prosesini yaratmaq, dövlətin istifadəyə verdiyi əmlakı qoruyub saxlamaqdır. Elə məktəblərimiz var ki, uzun illər əvvəl təmir olunmasına baxmayaraq,  dövlət əmlakına diqqətlə yanaşılıb və qorunub. Amma təəssüf ki, bəzi məktəblərimizin bu məsələyə daha ciddi yanaşması zərurəti yaranıb. Fürsətdən istifadə edib, üzümü məktəb rəhbərlərinə tutub demək istəyirəm ki, məktəbi qoruyub saxlamaq üçün ciddi qayda-qanun yaradılmalı, nizam-intizam qaydalarına əməl olunmalıdır“.

  • Rəcəb
    İyul 5, 2020 - 12:19

    Məktəb rəhbərləri dəyişdikdə yaxşı olar.Yen tikilən və təmir olunan məktəblər artıq standartlara cavab vermir.Biz bilməliyik təşkilatçılar və direktor müavinləri iş aparmaq qabiliyyətlərinə malik deyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*