Nazirlik yarım milyondan çox vətəndaşı sevindirdibackend

Nazirlik yarım milyondan çox vətəndaşı sevindirdi

2026-cı ilin oktyabr ayında Azərbaycanda 238 637 nəfərə əlilliyə görə pensiya, 223 866 nəfərə aylıq müavinət, 92 240 nəfərə isə Prezident təqaüdü ödənilib.

Bu barədə KONKRET.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, oktyabr ayında əlilliyə görə pensiya alanların sayı 238 637 nəfər, aylıq müavinət alanların sayı 223 866 nəfər, Prezident təqaüdü alanların sayı isə 92 240 nəfər olub.

Beləliklə, qeyd olunan dövrdə ümumilikdə 554 743 nəfər əlilliklə əlaqədar pensiya, müavinət və Prezident təqaüdü alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*