Dağıstanda azərbaycanlı faciəvi şəkildə öldü – Fotobackend

Dağıstanda azərbaycanlı faciəvi şəkildə öldü - Foto

Rusiyanın Dağıstan Respublikasında tikinti işləri zamanı azərbaycanlı fəhlə ölüb.

KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, hadisə Dağıstanda inşa edilən çoxmərtəbəli yaşayış binasında baş verib.

Biləsuvar rayonundan olan, 1988-ci il təvəllüdlü Elnur Gülağa oğlu Abışov işlədiyi binada hündürlükdən yıxılıb. Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində ölüb.

Hadisənin başvermə şəraiti araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*