Şəhid qardaşı ilə şəhid bacısı evləndilərbackend

Şəhid qardaşı ilə şəhid bacısı evləndilər

Biləsuvar rayonunda şəhid ailələrini bir araya gətirən əlamətdar hadisə yaşanıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, şəhid Ziyarət Hüseynovun qardaşı Vüqarla şəhid Zöhrab Kərimovun bacısı Günel ailə həyatı qurublar.

Rayondakı şadlıq saraylarından birində təşkil olunan toy mərasimində şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və Azərbaycanın müxtəlif bölgələrindən gələn qonaqlar iştirak ediblər.

Qeyd edək ki, şəhid Ziyarət Hüseynov və şəhid Zöhrab Kərimov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*