Neapolda 4,2 bal gücündə zəlzələ baş verdibackend

Neapolda 4,2 bal gücündə zəlzələ baş verdi

Neapol yaxınlığında yerləşən Phlegrean Fields-in böyük vulkanik bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib. Yer səthinin titrəyişlərini Neapol və ətraf kəndlərin sakinləri aydın şəkildə hiss ediblər. Axşam saatlarında isə ərazidə 2 və 2,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Qeyd edəkk ki, zəlzələ nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*