Bu gün Misli Premyer Liqasında 23-cü turun daha iki oyunu keçirilib.
KONKRET.az xəbər verir ki, “Neftçi” evdə “Zirə” ilə üz-üzə gəlib.
Eyni xala sahib olan komandaların matçında “Neftçi” qalib gəlib – 1:0. Bu qələbədən sonra “Neftçi” 35 xalla 3-cü pillədəki yerini möhkəmləndirib.
Xatırladaq ki, 23-cü turun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.
18:00. “Neftçi” – “Zirə” – 1:0
Qol: Ervin Koffi, 11
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Neftçi Arena”
