İsrail 1915-ci il arxiv sənədlərini ortaya çıxardı – Türkiyə SƏRT REAKSİYA VERDİbackend

İsrail 1915-ci il arxiv sənədlərini ortaya çıxardı - Türkiyə SƏRT REAKSİYA VERDİ

İsrail hökuməti xarici işlər naziri Gideon Saarın “erməni soyqırımı”nın tanınması ilə bağlı təklifini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, qərar Nazirlər Kabinetinin bütün üzvləri tərəfindən dəstəklənib.

Bir sıra xarici KİV-lərin məlumatına görə, növbəti mərhələdə sənədin İsrail parlamenti – Knessetdə müzakirəyə çıxarılması gözlənilir.

Gideon Saar bildirib ki, İsrail bu mövqeni daha əvvəl sərgiləməli idi.

Nazir əlavə edib ki, bu qərar İsrail ilə Türkiyə arasında mövcud gərgin münasibətlərə cavab xarakteri daşımır.

Türkiyə Xarici İşlər Nazirliyi isə İsrail hökumətinin qərarını sərt şəkildə pisləyib.

Türkiyə XİN-in bəyanatında qeyd olunub ki, Beynəlxalq Ədalət Məhkəməsində Qəzza zolağındakı soyqırımlarla bağlı İsrail haqqında iş aparılır və buna görə də, Təl-Əviv 1915-ci il hadisələri ilə bağlı siyasi qərar verərək öz cinayətlərini ört-basdır etməyə çalışır.

Ankara İsrail hökumətinin qərarını hüquqi və tarixi faktları nəzərə almayan “qərəzli addım” adlandırıb.

Türkiyə tərəfi, həmçinin, Benyamin Netanyahu hökumətinin fələstinlilərə qarşı törədilən cinayətlərə görə məsuliyyətə cəlb olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*