Saatlıda qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyat keçirildibackend

Saatlıda qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyat keçirildi

Saatlıda 8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və onun həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar.

Onlardan ümumilikdə 8 kiloqrama yaxın heroin və marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*