“Niva” sürən qadın anasını vurub öldürdübackend

“Niva” sürən qadın anasını vurub öldürdü

Balakən rayonunda maşınla vurulan qadın vəfat edib.  

KONKRET.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl olub.

Belə ki, Balakən rayonunun Talalar kənd sakini Aygün Qarayeva yaşadığı evin həyətində “Niva” markalı avtomobili idarə etdiyi zaman ehtiyatsızlıqdan anası, 1964-cü il təvəllüdlü Məlahət Qarayevanı vurub.

Onun vəziyyəti ağır olduğundan Respublika Klinik Xəstəxanasına göndərilib və bir neçə gündən sonra orada vəfat edib.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*