Niyaməddin Musayev: “Üzeyir Mehdizadəni tanımıram”backend

Niyaməddin Musayev: “Üzeyir Mehdizadəni tanımıram”

Müğənni Üzeyir Mehdizadə Xalq artisti Niyaməddin Musayevin “Axtarma məni” mahnısını ifa etdiyi üçün tənqid olunur. Niyaməddin Musayev tərəfindən möhürü vurulan mahnını öz tərzində oxuduğu üçün Ü.Mehdizadənin ifası çoxları tərəfindən bəyənilməyib.

KONKRET.az xəbər verir ki, Niyaməddin Musayev isə Pravda.az-a açıqlamasında deyib ki, Üzeyir Mehdizadəni tanımır, onun ifasında “Axtarma məni” mahnısını eşitməyib.

“İnsanlar müxtəlifdir, hərəsinin bir zövqü var. Mənim mahnımı oxuyubsa, yaxşı oxuyar, pis oxumaz. Sağ olsun ki, nəğmələrimi oxuyur, repertuarıma müraciət edib. Cavan ifaçılara baxıram. Eləsi var, tanıyıram, eləsi var, görməmişəm, əlaqəm yoxdur. Buna görə Üzeyir Mehdizadənin ifa tərzi barədə də fikir bildirə bilmirəm” – N.Musayev qeyd edib.

  • xalid
    Mart 30, 2025 - 11:18

    Hörmətli Niyaməddin Musayev,Siz və yaxudda mən onu tanımaya bilərik. Ancaq baxın görün onun nə qədər pərəstişkarı var.

  • Sacet
    Mart 31, 2025 - 23:54

    Salam

xalid üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*