Yanacaq qiymətləri bahalaşır –  Ağ Ev çarəsizdirbackend

Yanacaq qiymətləri bahalaşır - Ağ Ev çarəsizdir

Yanacağın bahalaşması və qlobal neft bazarında gərginliyin artması fonunda ABŞ administrasiyası benzinin qiymətini ciddi siyasi və iqtisadi nəticələr olmadan sabitləşdirmək üçün istifadə edə biləcəyi əsas mexanizmləri demək olar ki, tükədib.

KONKRET.az xəbər verir ki, The Washington Post analitiklərə və sorğulara istinadən yazır ki, Hörmüz boğazında məhdudiyyətlər səbəbindən ABŞ-də benzinin orta qiyməti bir həftədə 30 sentdən çox artaraq qallon üçün 4,39 dollara çatıb.

Qiymət artımı istehlak davranışına da təsir edib: “Washington Post”, “ABC News” və Ipsos sorğusuna əsasən, amerikalıların 44 %-i daha az avtomobil istifadə edir, 42 %-i xərclərini azaldır, 34 %-i isə səyahət planlarını dəyişir.

Məlumata görə, Donald Trump iqtisadi blokun rəhbərləri ilə müşavirə keçirərək enerji böhranının uzanacağı halda mümkün addımları müzakirə edib. Artıq strateji neft ehtiyatlarının istifadəsi, bəzi ekoloji məhdudiyyətlərin yumşaldılması və daşınma qaydalarının sadələşdirilməsi kimi addımlar atılıb.

Bununla belə, əlavə tədbir imkanları məhduddur. Federal yanacaq vergisinin ləğvi və neft ixracına məhdudiyyətlər kimi variantlar nəzərdən keçirilsə də, onların təsiri zəif və riskli sayılır.

Ağ Ev qiymət artımını müvəqqəti hesab etsə də, analitiklər problemin əsas həllinin yalnız Hörmüz boğazında sabit və fasiləsiz gəmiçiliyin bərpası ilə mümkün olduğunu bildirirlər. Regionda qarşılıqlı blokadalar isə qlobal enerji böhranını daha da dərinləşdirir.//modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*