Çinlilərin döyüşə bilməməsi barədə söz-söhbət XIX-XX əsrlərdə yaranıb.
KONKRET.az xəbər verir ki, həmin dövrdə Çin uzunmüddətli böhran yaşayırdı. Həmçinin ölkə iki opium savaşına ev sahibliyi edib.
Çinin zəifləmə səbəbləri arasında Rusiya və Yaponiya istilaları da var. O döyüşlər isə belə bir inanc yaratdı ki, çinlilər heç də deyildiyi kimi döyüşçü deyil. Hər halda bunu rus təbliğat maşınları tirajlayırdı.
Hazırda Çin dünyanın ən güclü iqtisadiyyatına sahib dövlətidir. ABŞ isə açıq etiraf edib ki, ciddi münaqişə şəraitində Ağ Ev Pekinə müqavimət göstərə bilməz. Hazırda çoxu Asiya pələngindən qorxmağa başlayıb. Amma bu faktı da unutmaq olmaz ki, özünün mövcudluğu ərzində Çin dəfələrlə zəbt olunub. Onlara əhali çoxluğu və texnologiya üstünlüyü də kömək etməyib.
Niyə?
Çinin vahid ölkə kimi iki mindən çox yaşı var. Yəni Çin çoxsaylı imperiyaların yaranma və süqutuna şahidlik edib. Yaşının çox olması çoxsaylı işğalların ilk səbəbidir.
İkinci səbəb onların qonşular sarıdan bəxtinin gətirməməsidir. Monqollar, ən güclü köçəri tayfalar o bölgədə yaşayıb. Hunlara görə çəkilən Çin səddi deyilənlərə isbatdır.
Digər səbəb keçmişdə Çindəki zəif məhsuldarlıq olub. İnsanlar azğın feodallardan əziyyət çəkir və həmin canişinlərin sonuna çıxan köçəri tayfalara xilaskar kimi baxırdılar. Nəticədə sülalə, ölkə rəhbərliyinə müəyyən titul almış türklər gəlirdi.
Qeyd: Çin güclü dövrlərində də bəzi qonşularına xərac verirdi.
Əsas sual Tayvan məsələsi, ABŞ ilə gərginləşən siyasi müstəvidə bu ölkənin XXI əsri işğalsız keçirib-keçirməyəcəyidir. Amma Qərbin 4 yerə parçalamaq istədiyi ölkələr arasında Çin də var. Sadəcə parçalanma obyektləri – Rusiya, İran və Çin hazırda əməkdaşlıqla bütövlüklərini qorumağa çalışırlar.
KONKRET.az-ın Analitik Qrupu
