Nizami rayonunda 33 yaşlı qadını avtomobil vurdubackend

Nizami rayonunda 33 yaşlı qadını avtomobil vurdu

Bakının Nizami rayonunda 33 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Qara Qarayev metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Aytən İbadət qızı Kərimova yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*