Nyu-York sakini texnologiyaları Rusiya şirkətlərinə ötürdüyünü etiraf etdi – Həbs olunacaqbackend

Nyu-York sakini texnologiyaları Rusiya şirkətlərinə ötürdüyünü etiraf etdi – Həbs olunacaq

Nyu-York sakini Nikolay Qriqoryev Bruklin federal məhkəməsində Amerika texnologiyalarının Rusiya şirkətlərinə ixracını təşkil etdiyini boynuna alıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

Məlumatda bildirilib ki, söhbət ikili istifadəli texnologiyalardan gedir, onlardan hərbi pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün də istifadə oluna bilər.

“Bu gün Bruklin federal məhkəməsində Nikolay Qriqoryev Rusiya PUA-larında istifadə edilən ikili təyinatlı elektronikanın qeyri-qanuni ixracına dair sui-qəsddə təqsirli bilinib”, – nazirlik bəyan edib.

Nəzərə çatdırılıb ki, 36 yaşlı Qriqoryev ümumi dəyəri 250 min dollardan çox olan ikili istifadə texnologiyalarını ötürüb. Onu 5 ilə qədər həbs gözləyir.

Yada salaq ki, 2023-cü ildə Avropa Komissiyası Avropa İttifaqının ilk İqtisadi Təhlükəsizlik Strategiyasını təqdim edib. Bu sənəd digər məsələlərlə yanaşı, Qərbə dost olmayan ölkələrlə ticarət və texnologiya mübadiləsinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*