“2014-cü ildə Krımda əksər rusdillilər yarımadanın Rusiya Federasiyasına qoşulması ideyasını dəstəkləyirdilər”.
KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Barak Obama deyib.
“2014-cü ildə Ukrayna bu gün haqqında danışdığımız Ukrayna deyildi. Krımda çoxlu rusdillilər var idi və Rusiyanın ideyalarını dəstəkləyirdilər”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, hətta Ukrayna parlamentində də müəyyən sayda Rusiya tərəfdarları var idi və ölkə daxilində siyasət indikindən daha mürəkkəb idi.
“2014-cü ilin martında Krımda referendum keçirildi, nəticədə yarımada Rusiyanın ərazisinə, Sevastopol isə federal əhəmiyyətli şəhərə çevrildi”, – deyə Obama bildirib.
Burhan,
KONKRET.az
