Oğurluq etməkdə şübhəli bilinən şəxslər SAXLANILDIbackend

Oğurluq etməkdə şübhəli bilinən şəxslər SAXLANILDI

Quba rayonu ərazisində fərqli yerlərdən oğurluq etməkdə şübhəli bilinən Elşad Güliyev və Elşən Hacıyev saxlanılıblar.

Bu barədə KONKRET.az-a DİN Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan kafe, bağ, eləcə də evlərdən müxtəlif əşyalar və ərzaq məhsulları oğurlamaqda zərərçəkmişlərə ümumilikdə 7 905 manat ziyan vurublar.

Faktlarla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*