Olimpiadaya saatlar qalmış… Fransa-İsveçrədə bomba həyəcanı
Fransa xaos yaşayır! 2024-cü il Paris Olimpiya Oyunlarının açılış günündə, mərasimə saatlar qalmış Fransada sürətli qatar xətlərinə hücum edilib və indi də hava limanında bomba həyəcanı verilib.
KONKRET.az xəbər verir ki, Parisin ən əhəmiyyətli stansiyalarından biri olan Montparnassedə qatar xidmətləri günortadan sonra bərpa olunmayacaq.

Bu arada “Air France” hava yolu şirkəti Parisə uçacaq təyyarələrindən birindən bomba təhlükəsi aldığını açıqlayıb.
Təyyarə təhlükəsizlik tədbirləri çərçivəsində saxlanılıb, bomba təhlükəsindən sonra hava limanı boşaldılıb və bağlanıb. Parisə uçan “Air France” təyyarəsinin bomba həyəcanı səbəbindən Mulhouse hava limanında gözlədiyi bildirilib.
Fransa polisi Fransa və İsveçrənin birgə istifadə etdiyi Bazel-Mülhaus hava limanının bomba təhlükəsi ardınca boşaldıldığını və bağlandığını açıqlayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
