Ölümünə bir neçə gün qaldı – “Artıq ayaqlarım şişib və ayaq əzələlərimdə çürümə başlayıb” – VİDEObackend

Ölümünə bir neçə gün qaldı – “Artıq ayaqlarım şişib və ayaq əzələlərimdə çürümə başlayıb” - VİDEO

 “Hər gün öz xəstəliyim haqda daha çox şey öyrənirəm. İstəməsəm də, vərəm həyatımın bir parçasına çevrilib. Həmdə son parçamdır o mənim.Canımla amansız bir savaşdadır vərəm virusları. Qismət. Belə olmasını kim istərdi ki?

Müsahibim Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Ağciyər xəstəlikləri şöbəsinin ən ağır dərəcəli vərəm virusunun daşıyıcısıdır. Səməd Cəfərov 1 ildən çoxdur bu xəstəliyə yoluxub. Baxımsız həyat şəraiti və məsuliyyətsizliyi səbəbindən vərəmə yoxulub. Xəstə məhz həkimlərin təkidindən sonra stasionar müalicəyə razılıq verib.

“Artıq ayaqlarım şişib və ayaq əzələlərimdə çürümə başlayıb. Gəzmək də nəfəs alıb vermək qədər çətinləşir. Hər gün daha pis hiss edirəm özümü. Amma söz vermişəm özümə. Son günümə qədər kefimi pozan deyiləm. Təzə yoluxan kimi xəbərim olsaydı, bəlkə vərəm məni yox mən vərəmi məğlub edərdim. Amma artıq gecdir. Əslində çox mübariz bir xarakterli insanam. Belə son olacaqını heç düşünməzdim”, – deyə üərəkparçalan sözlər deyir müsahibimiz.

Səməd Cəfərovla video-müsahibəni təqdim edirik.

Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın