Ordumuz cavab atəşi açdı – Müdafiə Nazirliyibackend

Ordumuz cavab atəşi açdı - Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi Ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatında yayılan məlumata münasibət bildirib.

Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.

“Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək” – məlumatda qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*