Orta Asiyanın iki xalqı – Taciklərlə puştunlar haqqında BİLMƏDİKLƏRİMİZbackend

Orta Asiyanın iki xalqı - Taciklərlə puştunlar haqqında BİLMƏDİKLƏRİMİZ

Taciklər və puştunlar. Orta Asiyanın iki xalqı. Onların sayı müvafiq olaraq 40 və 60 milyon arası dəyişir. Bu xalqlar iki dövlət arasında bölünür. Taciklər həm Tacikistan, həm də Əfqanıstanda yaşayırlar. Puştunlar isə Əfqanıstan vətəndaşlarıdır, lakin bu xalqın Pakistanda da böyük icması var. Qəribədir ki, tacik və puştun əhalisinin əksəriyyəti öz milli dövlətlərindən kənarda yaşayır.

Onlar qədim zamanlardan qonşu olublar. Bu insanlar dil, din və mədəniyyət baxımından çox yaxındırlar.

KONKRET.az-ın Araşdırma Qrupu bu gün onların necə fərqləndiyi barədə əsas faktları oxucuların diqqətinə çatdıracaq.

Deməli, taciklər və puştunlar İran xalqları qrupuna daxildirlər. Bu o deməkdir ki, onların ən yaxın qohumları farslar, kürdlər, bəluclar, gilanlar, talışlar və s. Ancaq bugünkü qəhrəmanlarımız iranlıların müxtəlif alt qruplarına aiddir və buna görə də onların dilləri bir-biri üçün anlaşılmazdır.

Hələ 4,2 min il bundan əvvəl hind-arilər quraqlıq nəticəsində Qazaxıstan çöllərini və cənub Sibiri tərk edib. Ortaq mənşəli qəbilələr cənuba doğru gedərək bur coğrafiyada məskunlaşıblar.

Tarix göstəriri ki, köç edənlərlə yerlilərin qarışığından üç böyük dövlət yaranıb. Bunlar bizə kifayət qədər məlum olan Baktriya, Xorəzm və Soqdianadır. Qədim tarixçilər bildirirlər ki, bu dövlətlərdə yaşayan əhalinin əsas məşğuliyyəti maldarlıq olub, lakin insanlar tədricən əkinçiliklə məşğul olmağa başlayıblar.

Arilərin qərbə gedən həmin hissəsi sonradan farslara çevrilərək eramızdan əvvəl 6-cı əsrdə Əhəmənilər imperiyasını qurub. Əhəmənilər Orta Asiyanı fəth etməklə bir sivilizasiyanın əsasını qoyublar.

Ərəblərin işğalı isə hər şeyi dəyişib. Tarixçilərin yazdığına görə, müsəlman ordusunun etnik əsasını İslamı qəbul etmiş farslar təşkil edirdi. Ona görə də fars dili yeni mədəniyyətin dili olduğu üçün baktriyalılar, soqdilər və xorəzmlilər yox oldu və bununla da taciklər meydana çıxdı. Puştunların vətəni Pakistandakı Süleyman Dağları işğallardan kənarda qaldı və müstəqilliyini qorudu. Antik dövrdə və erkən orta əsrlərdə bir vaxtlar Orta Asiya və Hindistana sahib olan, lakin sonradan məğlub olan bir çox İran (oxu – skif) köçəri tayfaları burada geri çəkildi.

Buna görə də taciklər və puştunlar arasındakı əsas fərq onların etnik mənşəyindədir. Buradan daha incə detallar çıxır. Taciklər əsasən birinci dalğanın hind-avropalılarının, eləcə də yerli proto-Dravid əhalisinin nəsilləridir.

Taciklər ta qədim zamanlardan əkinçiliyə keçmiş, bir neçə xalqa bölünmüş, lakin İslam ekspansiyası gedişində birləşmişlər. Prosesdə bu insanlar öz Şərqi İran dilini unudub fars dilinə – Qərbi İran dilinə keçiblər. Onlar 8-ci əsrdən müsəlman olublar.

Puştunlar erkən hind-avropalıların, Orta Asiyanın yerli fermerlərinin və qədim dövrlərin bir çox skif tayfa və qəbilələrinin simbiozudur. Ona görə də onların dili şərqi İran dilidir və qədimdən bu dövrə qədər həyat tərzi yarıköçəri maldarlıq olub.

Puştunlar 14-cü əsrə qədər quldur və muzdlu kimi tanınırdılar. Lakin bir neçə əsrlik monqol istilaları və sonra Əmir Teymur dövrünün sərt müharibələri Əfqanıstan düzənliklərinin boşalmasına səbəb oldu. Yerli knyazlar dağlıları boş torpaqlarda məskunlaşmağa dəvət edir və yalnız bundan sonra onlar tədricən əkinçiliklə məşğul olmağa və İslam dinini qəbul etməyə başlayırlar. Zaman keçdikcə say üstünlüyünə nail olan puştunlar bundan sonra siyasi cəhətdən üstünlük qazanmağa başlayırlar.

 

Buna baxmayaraq, indi də tacik dili Əfqanıstanda beynəlxalq ünsiyyət vasitəsi hesab olunur. Burada onu Dari adlandırmaq adətdir və bu, fars dilinin dialektlərindən biridir. Teymurləng dövründə bu dildə inzibati yazışmalar aparılır, şeir və nəsr yazılır, nüfuzlu dövlət xadimləri məhz bu dialektdə danışırdılar. Ona görə də tacik dili əvvəllər “məhkəmə fars dili” adlanırdı.

Hazırladı: KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*