ABŞ-da yaşayan Maykl və Kristina Barnett cütlüyü 2010-cu ildə uşaq övladlığa götürüblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 6 yaşında övladlığa götürdükləri Natalya Qreys Barnett adlı qızın əslində 21 yaşında olduğunu öyrənən ailə dəhşətə gəlib.
Belə ki, cəmi 6 yaşı olan uşağın yetkin rəftarı cütlüyü narahat edib. Ailə uşağın əslində cırtdan olduğunu, üstəlik, psixi pozğunluqdan əziyyət çəkdiyini öyrənib.
Valideynlərinin onu sorğulamağa başladığını anlayan Natalya daha da aqressivləşib və ailə üzvlərini hədələməyə başlayıb.
İqbal Rzayev,
KONKRET.az
