Özbəkistan prezidentliyinə ilk namizədin adı BƏLLİ OLDUbackend

Özbəkistan prezidentliyinə ilk namizədin adı BƏLLİ OLDU

Özbəkistan prezidentliyinə ilk namizəd Ekologiya Partiyasının sədri Abduşükür Həmzəyev olub.

KONKRET.az Özbəkistan mediasına istinadən xəbər verir ki, bu barədə qərar siyasi təşkilatın Mərkəzi Şurasının növbədənkənar plenumunda qəbul edilib.

Qeyd edək ki, Abduşükür Həmzəyev 1973-cü ildə Surxandərya vilayətinin Uzun rayonunda anadan olub. Səmərqənd Kənd Təsərrüfatı İnstitutunu, daha sonra Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. İxtisası aqronomdur.

Kənd təsərrüfatı elmləri doktoru, professor Həmzəyev 16 ixtira patentinin müəllifidir. Onun 270-dən çox elmi məqaləsi dərc olunub.

Xatırladaq ki, mayın 8-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev növbədənkənar seçkilərin 2023-cü il iyulun 9-na təyin edilməsi haqqında fərman imzalayıb.

Qeyd edək ki, Özbəkistanda ən son prezident seçkiləri 2021-ci il oktyabrın 24-də keçirilib. Şavkat Mirziyoyev 80,12 faiz səslə qalib gəlib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*