Özbəkistanda xarici avtomobillər üçün gömrük rüsumları azaldılacaqbackend

Özbəkistanda xarici avtomobillər üçün gömrük rüsumları azaldılacaq

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Özbəkistanın Antiinhisar Komitəsi “Növbəti illər üçün ölkədə rəqabətin inkişafına dair strateji istiqamətlər” mövzusunda hesabat təqdim edib. Hesabatda inhisarçılıq, rəqabət mühitinin yaxşılaşdırılması və inkişafı, perspektiv planların və sənayenin inkişafındakı aktual problemlər göstərilib.

Antiinhisar Komitəsi sədrinin birinci müavini Bobir Kərimov bildirib ki, Orta Asiya və MDB ilə müqayisədə Özbəkistan avtomobil istehsalı sənayesində böyük uğurlar əldə edib. Bu baxımdan hazırda Özbəkistanda çox keyfiyyətli maşınlar istehsal edilir. Ancaq buna baxmayaraq idxal olunan avtomobillərə gömrük rüsumları aşağı salına bilər. Artıq maşın istehsalının stimullaşdırılması prosesi ölkədə tam başa çatdırılıb. Ona görə də istehsalın rəqabətqabiliyyətli olmasını təmin etmək üçün xarici avtomobillər Özbəkistan bazarına daxil olmalıdır. Artıq müəyyyən dairələr hesab edir ki, avtomobil satışında müştərilər daha ucuz və daha keyfiyyətli avtomobil əldə edə biləcəklər.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın