Pakistan hökuməti respublikada qeyri-qanuni yaşayan 1,1 milyona yaxın Əfqanıstan vətəndaşını deportasiya etmək barədə qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb.
Məlumata görə, vizası olmayan əfqanlar, o cümlədən müvafiq sənədin müddətinin uzadılmasından imtina edilən şəxslər deportasiya ediləcək.
Qeyd edək ki, ötən həftə Pakistanda qeyri-qanuni yaşayan əcnəbilərə ölkəni könüllü olaraq tərk etmələri üçün bir ay vaxt veriləcəyi bildirmişdi. Bu müddətdən sonra yerli hüquq-mühafizə orqanlarının bütün ölkə ərazisində miqrantların müəyyən edilməsi və deportasiyası üçün genişmiqyaslı əməliyyatlara başlayacağı gözlənilir.
Bildirilir, hazırda Pakistanda 1,1 milyona yaxın Əfqanıstan vətəndaşı qeyri-qanuni yaşayır.
Ariz Həsənoğlu,
KONKRET.az
