Pakistanın müvəqqəti hökumətinin baş naziri Ənvarul Hak Kakar Taliban müvəqqəti hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axunda məktub ünvanlayıb.
KONKRET.az xəbər verir ki, məktubda İslamabad və Kabilin ümumi məqsədlər üçün birgə işləməli olduğunu bildirilib.
Pakistan və Əfqanıstan əlaqələrinin din, mədəniyyət və tarixə əsaslandığına diqqət çəkən Kakar İslamabad və Kabilin ortaq məqsədlər üçün birlikdə çalışmalı olduğunu vurğulayıb.
İslamabadın Kabillə ikitərəfli, siyasi, təhlükəsizlik və iqtisadi əlaqələrini daha da gücləndirməkdə qərarlı olduğunu vurğulayan Kakar regional ticarətin artırılmasının Pakistan və Əfqanıstan xalqlarının rifahı üçün vacib olduğunu qeyd edib.
Kakarın məktubu iki ölkə arasında son həftələrdə sərhəddə baş verən qarşıdurmalarla gərginliyin artmasından sonra gəlib.
Qeyd edək ki, Pakistan sentyabrın 6-da iki ölkənin sərhəd təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmadan sonra Torkham sərhədini bağlayıb. İki ölkə arasında aparılan danışıqlardan sonra sentyabrın 15-də sərhəd qapısı açılıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az