“Rusiya-Ermənistan münasibətləri rəsmən sürətlə dağılma mərhələsinə qədəm qoyur”.
KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Vasili Koltaşov səsləndirib.
O bildirib ki, bu, ilk növbədə, Ermənistan tərəfinin, Paşinyan administrasiyasının davranışından görünür.
“Mən başa düşürəm ki, Rusiya hansısa yolla proseslərə təsir göstərməyə çalışacaq, lakin Paşinyan açıq-aydın Azərbaycanın tərəfini tutur. İrəvan KTMT-ni tərk edərsə, heç kim Ermənistanın rəsmi sərhədlərini belə tanımaq istəməyəcək. Azərbaycan öz növbəsində daha güclü ölkə kimi indi Paşinyanın rəhbərliyi altında 2020-ci ildən sonra müharibəyə hazırlaşmayan Ermənistanı aradan götürmək üçün səbəblər tapacaq”, – deyə rusiyalı politoloq əlavə edib.
Vasili Koltaşov bildirib ki, erməni ictimaiyyəti qəzəblidir. Onlar başa düşür ki, Paşinyan və onun komandası yalan danışır.
“Çünki günahkar 2020-ci ildəki vəziyyəti yaradan, sonra isə Qarabağın Azərbaycana təhvil verilməsinə səbəb olan Ermənistan hakimiyyətinin özüdür”.
Günel Mikayılova,
KONKRET.az
Niye xeyir ola niye bele olsunki
Bravo Azerbaijan!