backend

Paşinyan: “Dağlıq Qarabağın istənilən həll variantı Azərbaycan xalqı üçün məqbul sayılmalıdır” - Amma?

Ermənistanın baş naziri hesab edir ki, hələ bu günə qədər heç bir erməni lideri belə bəyanatla çıxış etməyib.

Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında qaynar xətt var, amma bu, təəssüf ki, təmas xəttində itki olmayacağına zəmanət vermir. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Azadlıq” radiosunun erməni xidmətinin direktoru Qrayr Tamrazyana müsahibəsində deyib. “Amma biz danışıqların dəqiq bir nəticə verməsini təmin etmək üçün işləyirik. Bəs niyə danışıqların dəqiq bir nəticəsi yoxdur?, – deyən Paşinyan vurğulayıb ki, Ermənistanın baş naziri seçildiyi ərəfədə o, parlamentin tribunasından elan edib ki, Dağlıq Qarabağın istənilən həll variantı Ermənistan, “Qarabağ xalqı” və Azərbaycan xalqı üçün məqbul sayılmalıdır. “Bu, gerçəkliyimizdə görünməmiş bir bəyanat idi, çünki hələ bu günə qədər bir erməni lideri deməmişdi ki, münaqişənin həlli Azərbaycan xalqı üçün də məqbul olmalıdır”.

Bu, olduqca vacib bəyanat idi, hansı ki, danışıqlar prosesi üçün ciddi əsas yaradır. Bəs nə üçün irəliləyiş yoxdur? Bunun sadə səbəbi var: Azərbaycan Prezidenti eyni fikirləri ifadə etməkdən imtina edir. O da gərək desin ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən həll variantı Ermənistan, “Qarabağ xalqı” və Azərbaycan xalqı üçün məqbul sayılmalıdır”,-deyə Paşinyan bildirib. Onun sözlərinə görə, hələ ki, bu təklif Azərbaycan tərəfindən səsləndirilməyib, danışıqların heç bir effekti olmayacaq.

Paşinyan qeyd edib ki, kimsə hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli yalnız Azərbaycan xalqı üçün məqbul olmalıdır, deməli Qarabağ xalqı və Ermənistan xalqını tanımır.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*