Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək – Erməni mediasıbackend

Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək – Erməni mediası

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də Moskvaya getməkdən imtina etdiyi iddia edilir.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, jurnalistlər baş nazir Paşinyanın yaxın iki həftə ərzində Moskvaya uçub-uçmayacağını dəqiqləşdirməyə çalışıb.

Güman edilir ki, Putinin andişmə mərasimində iştirak etməyən Paşinyan Avrasiya İqtisadi Birliyinin (Aİİ) yubiley sammitinə qatılmaq üçün mayın 8-də Rusiya paytaxtına getməli olacaq. Amma o, 9 may günündə Moskvada olmayacaq, çünki sammitdən sonra dərhal İrəvana qayıdacaq.

Erməni mediası bunu Paşinyanın Putinə andiçmə mərasimi üçün “hədiyyə” hazırlaması kimi qiymətləndirib. “Qərb bundan razı qalacaq”, – deyə media vurğulayıb.

Erməni teleqram kanalları hesab edirlər ki, Ermənistan hakimiyyəti Rusiya ilə yalnız biznes və iqtisadi məsələlərdə dialoq saxlamaq istəyir. “Artıq siyasi və hərbi koordinasiya olmayacaq. Paşinyan rejimi göstərir ki, Rusiya ilə müttəfiqlik münasibətlərinə de-fakto nöqtə qoyulub. Şübhəsiz ki, Nikol lap elə indi Avrasiya iqtisadi İttifaqından çıxmaq istəyərdi, amma o zaman Ermənistan iqtisadiyyatı tamamilə yox, bir az daha artıq çökəcək”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*