Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblərbackend

Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər

Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində demarkasiya prosesi ermənilərin etirazına görə ləngiyir.

KONKRET.az xəbər verir ki, erməni revanşistlər sərhədin bu hissəsində əhalini təşkilatlandıraraq, ərazinin minalardan təmizlənməsinə və kartoqrafların işləməsinə mane olur.

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Tavuşun Kirants kəndinin əhalisi ilə görüşdə etirazın dayandırılması, yolların açılması üçün iki gün vaxt vermişdi. Əks təqdirdə bunu güc yolu ilə etmək məcburiyyətində qalacaqlarını bildirib.

Paşinyanın verdiyi vaxt bu gün bitir. Erməni revanşistlər isə yolları açmaqdan imtina edirlər. Ermənistan mediası Qazaxın qaytarılan 4 kəndi ilə Tavuşun kəndləri arasında demarkasiya ediləcək sərhədə bu gün səhər saatlarında hərbi polis rəisi və ordu qüvvələrinin göndərildiyini yazır. Görünür, Ermənistan hökuməti revanşistləri dağıtmaq üçün güc tətbiq edəcək. (Publika.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*