Paşinyan Yunan Kiprinin xarici işlər naziri ilə görüşdübackend

Paşinyan Yunan Kiprinin xarici işlər naziri ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Yunan Kiprinin xarici işlər naziri Konstantinos Kombosla görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə ölkələr arasında təhlükəsizlik və xarici siyasət sahəsində dialoqun vacibliyi qeyd edilib.

Konstantinos Kombos bildirib ki, Ermənistanla müdafiə, turizm və təhsil sahəsində əməkdaşlığı dərinləşdirmək vacibdir.

Tərəflər Ermənistan və Avropa İttifaqı arasında gələcək əməkdaşlığın inkişafına toxunub, Cənubi Qafqaz regionunda baş verən proseslər barədə fikir mübadiləsi aparıblar. Baş nazir bu kontekstdə Aİ-nin Ermənistandakı mülki missiyasının fəaliyyətinin vacibliyini qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*