“Biz KTMT haqqında heç nə demirik, anlayırıq ki, Ermənistan Rusiya ilə birlikdə bu təşkilatın üzvüdür”.
KONKRET.az xəbər verir ki, Bunu İrəvanda keçirdiyi mətbuat konfransında ABŞ Konqresinin Ermənilərlə iş üzrə komitəsinin həmsədri Frank Pallone deyib.
“Biz KTMT haqqında heç nə demirik, başa düşürük ki, Ermənistan Rusiya ilə birlikdə bu təşkilatın üzvüdür. Lakin biz Ermənistanın təhlükəsizlik məsələlərindən narahat olduğumuzu deyirik və bu məsələdə Ermənistanı daha çox dəstəkləmək istəyirik”, – Pallone qeyd edib.
Pelosi də eyni fikri səsləndirib.O, Ermənistanın başqa strukturlardakı təmasları barədə deməyə sözünün olmadığını bildirib.
“Lakin Ermənistanın suverenliyi və ərazi bütövlüyü bizim üçün vacib məsələlərdir və biz bu istiqamətdə öz fəal dəstəyimizi göstərmək istəyirik.
Təbii ki, qərarı Ermənistan verir, biz ancaq hazırlığımızdan danışa bilərik”, – ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi KTMT məsələsinə toxunaraq deyib.
Xuraman Etibarlı,
KONKRET.az