Bəzən göy üzü bizə sadəcə planetlərin hərəkətindən danışmır. Bəzən o, insanın qəlbinə toxunaraq pıçıldayır: “Artıq özünü dinləməyin vaxtıdır”. Qarşıdan gələn həftə də məhz belə həftələrdən biridir. Həm ürəyimiz, həm də ağlımız sınaqdan keçəcək. Keçmiş qapımızı döyəcək, gələcək isə bizə yeni yollar göstərəcək.
Merkuri Günəşin qəlbində – Bəzən tale ikinci şans verir
KONKRET.az xəbər verir ki, 13 iyuldan 14 iyula keçən gecə, sübhə yaxın göy üzündə çox nadir və xüsusi bir hadisə baş verəcək. Merkuri Günəşin qəlbində – “Cazimi” mövqeyində olacaq.
Üstəlik, Merkuri hələ də Xərçəng bürcündə retro hərəkətini davam etdirir.
Klassik astrologiyada Cazimi zəifləmə deyil. Əksinə, Merkuri Günəşdən güc alır, sanki yenidən doğulur. Retro Merkuri isə bizi keçmişə aparır. Yarımçıq qalmış söhbətlərə, deyilməmiş sözlərə, bitməmiş sevgilərə…
Bu səbəbdən qarşıdakı günlərdə keçmişdən bir zəng ala bilərsiniz. İllərlə xəbər almadığınız bir insan yenidən həyatınıza daxil ola bilər. Köhnə dostlar, keçmiş sevgilər və yarımçıq qalan münasibətlər yenidən gündəmə gələ bilər.
Bəlkə də tale sizə bir sual verəcək:
“Bu dəfə ürəyindən keçənləri deyə biləcəksənmi?”
Ona görə də bu həftə bir tövsiyəm var…
Sevən sevdiyinə sevdiyini söyləsin!
Küsülülər barışsın.
Ürəyində söz saxlayan artıq sussun yox, danışsın.
Çünki bəzən insan ömründə ikinci şanslar yalnız bir dəfə gəlir.
19 iyul – Təxminən 200 ildə bir baş verən planet düzülüşü
Bu həftənin ən mühüm astroloji hadisəsi isə 19 iyulda baş verəcək.
Göy üzündə çox nadir rast gəlinən xarici planetlərin harmonik düzülüşü formalaşır.
* Neptun – Qoç bürcündə
* Uran – Əkizlər bürcündə
* Yupiter – Şir bürcündə
* Pluton – Dolça bürcündə
Diqqət etsəniz…
İki Od, iki Hava elementi.
Bu isə təsadüfi deyil.
Belə düzülüşlər tarix boyu insanlığın dönüş nöqtələrinə təsadüf edib.
1800-cü illərdə buna bənzər kosmik enerjilər sənaye inqilabı, elektrikin inkişafı, Neptunun kəşfi və elmlə yanaşı, metafizik düşüncənin də geniş yayılması ilə üst-üstə düşmüşdü.
Bu gün isə dünya yeni bir dövrə qədəm qoyur.
Süni intellekt…
Kvant texnologiyaları…
Kosmos araşdırmaları…
Yeni iqtisadi sistemlər…
Kollektiv şüurun yüksəlişi…
Bütün bunlar qarşıdakı illərdə çox sürətlə inkişaf edəcək.
Göy üzü bizə deyir ki…
Köhnə sistemlər yavaş-yavaş bağlanır.
Yeni bir dövr başlayır.
Bu enerjini ən güclü hiss edəcək bürclər isə bunlardır:
Qoç, Əkizlər, Şir və Dolça.
Lakin unutmayaq ki, bu yalnız dörd bürcün deyil, bütün insanlığın ortaq taleyinə təsir edən kollektiv bir enerjidir.
Xərçəng Yeni Ayı
13 iyuldan 14 iyula keçən gecə Xərçəng bürcündə Yeni Ay baş verir.
Bu Yeni Ay astroloji ənənədə Kastor sabit ulduzunun təsiri altında hesab olunur.
Kastor biliyi, öyrənməyi, yazmağı, ünsiyyəti və düzgün qərar vermə qabiliyyətini simvolizə edir.
Xərçəng bürcünün güclü intuitiv enerjisi ilə birləşərək bizə həm ürəyimizi, həm də ağlımızı dinləməyi öyrədir.
Yeni Ay həmişə yeni başlanğıclar deməkdir.
Ancaq Xərçəng bizə xatırladır ki…
Ən böyük başlanğıclar əvvəlcə insanın ürəyində başlayır.
Yüksələn bürclərə görə Yeni Ayın təsiri
Yüksələn Qoç – 4-cü ev
Ailə, ev və köklərlə bağlı yeni başlanğıclar mümkündür. Keçmiş ailə məsələləri həll oluna bilər.
Keçmişinizdən qaçmayın. Güclü gələcək möhkəm təməl üzərində qurulur.
Yüksələn Buğa – 3-cü ev
Ünsiyyət, təhsil və yaxın çevrə ön plana çıxır. Gözlədiyiniz bir xəbər gələ bilər.
Sözlərinizi sevgi ilə seçin. Bir cümlə taleyi dəyişə bilər.
Yüksələn Əkizlər – 2-ci ev
Maddi imkanlar və öz dəyəriniz mövzusu aktuallaşır.
Əvvəl öz dəyərinizi bilin, bolluq sonra gələcək.
Yüksələn Xərçəng – 1-ci ev
Həyatınızda yeni bir mərhələ başlayır. Özünüzü tamamilə fərqli hiss edə bilərsiniz.
Öz işığınızdan qorxmayın.
Yüksələn Şir – 12-ci ev
Daxili təmizlənmə və ruhsal şəfa dövrüdür.
Sükut bəzən ən güclü cavabdır.
Yüksələn Qız – 11-ci ev
Yeni dostluqlar və gələcək planları gündəmə gəlir.
Yol yoldaşlarınızı düzgün seçin.
Yüksələn Tərəzi – 10-cu ev
Karyera və nüfuz sahəsində yeni imkanlar yaranır.
Səbr edin. Əməyiniz mütləq bəhrəsini verəcək.
Yüksələn Əqrəb – 9-cu ev
Təhsil, xarici ölkələr və hüquqi məsələlər ön plana çıxır.
Yeni biliklər həyatınızı dəyişəcək.
Yüksələn Oxatan – 8-ci ev
Maddi və mənəvi dönüşüm başlayır.
Buraxmalı olduğunuzu buraxın ki, yenisi gəlsin.
Yüksələn Oğlaq – 7-ci ev
Münasibətlər və ortaqlıqlar yeni mərhələyə keçir.
Sevgi nəzarətlə deyil, etibarla böyüyür.
Yüksələn Dolça – 6-cı ev
İş və sağlamlıq sahəsində yeni nizam qurulur.
Özünüzə göstərdiyiniz qayğı həyat keyfiyyətinizi dəyişəcək.
Yüksələn Balıqlar – 5-ci ev
Sevgi, yaradıcılıq və uşaqlarla bağlı gözəl başlanğıclar mümkündür.
Ürəyinizin səsini susdurmayın.
Bəlkə də göy üzü bu həftə bizə demək istəyir:
Ürəyinizdə qalan heç bir gözəl sözü sabaha saxlamayın.
Sevirsinizsə, deyin…
Darıxmısınızsa, zəng edin…
Bağışlaya bilirsinizsə, bağışlayın…
Çünki bəzi insanlar həyatımıza yalnız bir dəfə gəlir.
Bəzi fürsətlər isə yalnız göy üzü icazə verəndə…\\musavat.com
