“Polisə şikayət etdim, cəzalandırdılar” – Müğənnidən AÇIQLAMAbackend

"Polisə şikayət etdim, cəzalandırdılar" - Müğənnidən AÇIQLAMA

Müğənni Aysun İsmayılova növbəti açıqlaması ilə diqqəti özünə çəkib.

KONKRET.az xəbər verir ki, o, “Tarixin bir günü” verilişində sosial şəbəkələrdə haqqında xoşagəlməz sözlər yazan bir neçə şəxsdən hüquq-mühafizə orqanlarına şikayət etdiyini bildirib.

“Bir müddət əvvəl haqqımda sosial şəbəkələrdə təhqir yazan bir neçə şəxsi Bakı Baş Polis İdarəsinə şikayət etmişəm. Onlar necə lazımdır cəzalandırılıblar. Buna görə də, təşəkkürümü bildirirəm. Hazırda digər bir şəxs barədə araşdırma aparılır. Bəzən təhqiri də keçirlər, şər-böhtan yazırlar. Sanki hadisələr onların yanında baş verib.

Sosial şəbəkələrdə xoşagəlməz və təhqir dolu sözlər yazan şəxslər boş-bikardırlar. Onlar həyatda o qədər bədbəxtdirlər ki, insanların xoşbəxtliyinə neqativ qatmaq istəyirlər”. (Yenisabah)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*