Politico: “Makron və Şolts arasında fikir ayrılıqları var”backend

Politico: "Makron və Şolts arasında fikir ayrılıqları var"

Fransa və Almaniya liderləri arasında əsasən enerji məsələlərində gizli münaqişə var.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Almaniya kanslerinin mətbuat xidməti oktyabrın 25-də Olaf Şolts ilə birgə konfrans keçirəcəyini açıqlayıb.

Digər tərəfdən, Fransa liderinin mətbuat xidməti Almaniya kansleri ilə birgə bəyanatların planlaşdırılmadığını bildirib.

Qəzet onu da qeyd edir ki, son həftələrdə Şolts və Makron enerji böhranından ən yaxşı şəkildə necə çıxmaq barədə mübahisə edir.

Almaniya Əlcəzair, Nigeriya, Qətər, ABŞ və digər ölkələrdən qazı Fransanın cənub-qərbinə, oradan isə Avropaya çatdıracaq “Midcat” qaz kəmərinin tikintisini dəstəkləyir.

Bununla belə, Fransa höküməti tikintini rentabelsiz hesab edir, çünki Paris özünü atom elektrik stansiyalarından istifadə etməklə enerji ilə təmin edir.

Qeyd edək ki, ötən həftə Almaniya və Fransa hökumətlərinin planlaşdırılan görüşü birgə bəyannamənin mətni ilə bağlı fikir ayrılıqlarına görə yanvara təxirə salınıb. Fransa rəsmiləri Almaniya hakimiyyətinin onlara yaxın tərəfdaş kimi yanaşmamasından şikayətlənirlər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*