Polşa Senatı Almaniyadan təzminat məsələsinin baxılmasını TƏXİRƏ SALDIbackend

Polşa Senatı Almaniyadan təzminat məsələsinin baxılmasını TƏXİRƏ SALDI

Polşa Senatının (parlamentin yuxarı palatası) xarici işlər üzrə komissiyası Almaniyadan təzminat ödənilməsinə dair qətnaməyə baxılmasını təxirə salıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Palatanın sədr müavini Marek Penk məlumat verib:

“Bu məsələdə Polşa hökumətinin mövqeyini gücləndirmək üçün Senatda siyasi iradə yoxdur. Qətnaməni rədd etməyə cəsarət yoxdur”.

Müxalifətdəki Vətəndaş Platforması Partiyasının sözçüsü Marçin Boşaçki bildirib ki, bəzi sənədlər olmadan qətnamə qəbul etməyin mənası yoxdur.

Qeyd edək ki, sentyabrın 1-də Polşa höküməti 1939-1945-ci illərdə faşist Almaniyasının işğalı nəticəsində ölkənin verdiyi itkilər haqqında hazırlanmış üç cildlik hesabatı təqdim edib. Elan edilmiş ümumi məbləğ təxminən 1,3-1,5 trilyon dollar təşkil edib.

Oktyabrın 3-də Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyadan təzminat ödəməsini tələb edən nota imzalayıb.

Almaniya hökuməti isə dəfələrlə bildirib ki, Polşa 1953-cü ildə təzminatdan rəsmən imtina edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*