Polşa ukraynalı qaçqınların ölkədə qalması ilə bağlı qanunu sərtləşdirməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “EurActiv” qəzeti məlumat yayıb.
Bildirilib ki, Polşa hökuməti Ukrayna vətəndaşlarına yardım haqqında xüsusi qanuna dəyişiklik etməyi, onları xərclərinin bir hissəsini ödəməyə məcbur etməyi təklif edib.
Polşa Sərhəd Xidmətinin məlumatına görə, fevralın 24-dən bəri Ukraynadan Polşaya 7,16 milyondan çox insan daxil olub, 5,36 milyonu geri qayıdıb.
Polşa Daxili İşlər Nazirliyinin hesablamalarına görə, hazırda respublikada Ukraynadan olan 1,5 milyona yaxın qaçqın var. Onlardan 1 milyon 200 mindən çoxu respublikada qanuni yaşamaq, oxumaq, işləmək və sosial müavinət almaq imkanı verən xüsusi şəxsiyyət nömrələri alıb.
İqbal Rzayev,
KONKRET.az
