Ötən gecə Polşa səmasında naməlum obyekt görünüb.
KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Belə ki, hadisə ilə bağlı müvafiq video “youtube”da yerləşdirilib.
Məlumata görə, səmada iki paralel obyekt müşahidə edilib. Meteoritdən yavaş hərəkət edən bu cisimləri çoxları orbitdən çıxmış peyk olduğunu düşnüb. Yalnız sonradan məlum olub ki, bu, peyk deyil, Çin raketidir.
Polşa Kosmik Agentliyi Çinin “Chang Zheng 2D” raketinin atmosferə nəzarətsiz daxil ola biləcəyini bildirib. Hadisə demək olar ki, Polşanın bütün ərazisində müşahidə edilib.
İqbal Rzayev,
KONKRET.az
