Pozner 116 il əvvəl anadan olub – Gürcü aparıcıbackend

Pozner 116 il əvvəl anadan olub - Gürcü aparıcı

Rusiyalı jurnalist Vladimir Pozner 116 il əvvəl anadan olub.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın Priveli telekanalının aparıcısı rusiyalı jurnalistin Tiflis səfərini şərh edərkən deyib.

“İstədiyi zaman gələcək və biz ona ayaq üstə xidmət etməliyik. Görünür, bunu, 1905-ci ildə anadan olmuş rus təbliğatçısı və jurnalist Vladimir Pozner gözləyirdi”, – gürcü aparıcı bildirib.

Sosial şəbəkə istifadəçiləri gürcü aparıcının 87 yaşlı Pozneri 1905-ci ildə anadan olan əmisi oğlu rus-fransız şairi və jurnalist Vladimir Solomonoviç Poznerlə qarışdırdığını qeyd ediblər.

Qeyd edək ki, V.Poznerin Tiflisə gəlişi gərginliklə müşayiət olunub. Gürcüstanlılar Poznerin gəlişinə etiraz olaraq onun qaldığı oteli mühasirəyə alıblar və otelə yumurta atıblar. Nəhayət, xüsusi mühafizənin yardımı ilə Pozner oteldən ayrılıb və səfərini yarımçıq qoyaraq, təcili Tiflisdən gedib.

Poznerin səfərinə etirazın səbəbi isə rusiyalı jurnalistin Gürcüstanın ərazi bütövlüyünü tanımaması, Abxaziyanın bir daha Gürcüstanın tərkibinə qayıtmayacağı barədə açıqlamasıdır. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*