Prezident Xalq şairinə mənzil hədiyyə etdibackend

Prezident Xalq şairinə mənzil hədiyyə etdi

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.

KONKRET.AZ xəbər verir ki, bu barədə “Report”a Xalq şairi özü məlumat verib.

O bildirib ki, xəbəri 6 gün əvvəl alıb:

“Bakı Şəhər İcra Hakimiyyətindən zəng edib Prezidentin mənə mənzil hədiyyə etdiyini dedilər. Bildirdilər ki, ev Bakıda metronun “Qara Qarayev” stansiyası ətrafında yerləşir və üç otaqlıdır. Mənzil hədiyyə etdiyi üçün özüm və ailəmin adından dövlət başçısı İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq “Qafqazinfo” yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*