Prezidentdən 13,5 milyonluq SƏRƏNCAMbackend

Prezidentdən 13,5 milyonluq SƏRƏNCAM

Prezident İlham Əliyev Goranboy rayonunun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

KONKRET.az xəbər verir ki, sərəncamla otuz bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.7-ci yarımbəndində göstərilmiş 13,5 milyon (on üç milyon beş yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək və Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*