Mərkəzi Afrika Respublikası Prezidentinin müşaviri Fidel Quandjika “Vaqner Qrupu”nun həlak olmuş rəhbərliyinə ehtiram əlaməti olaraq salam verərkən foto paylaşıb.
KONKRET.az xəbər verir ki, fotoda məmur fransız dilindən tərcümədə “Je suis Wagner” yazısı olan köynəkdə özünü göstərir. Yazı tərcümədə “Mən Vaqnerəm!” – deməkdir.
“Vaqner” qrupunun müdaxiləsi ilə Rusiya Mərkəzi Afrika demokratiyasını xilas etdi”, – Quandjika fotoya şərhində yazıb.

Burhan,
KONKRET.az
