Psixoloqdan valideynlərə tövsiyə: “Bunlar ciddi nöqsanlardır”backend

Psixoloqdan valideynlərə tövsiyə: "Bunlar ciddi nöqsanlardır"

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Şübhəsiz ki, məktəblə “ulduzu barışmayanlar” əsasən kiçik yaşlı uşaqlardır. Bəzən balaca qəhrəmanlar yay tətilindən sonra təhsil olacağına çətin adaptasiya olunurlar, bu da dərs prosesinə ciddi təsir edə bilər.

Görəsən, valideynlər övladlarını yeni tədris ilinə psixoloji cəhətdən necə hazırlamalıdırlar?

Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Ezgi Şahin uşaqları məktəbə daha pozitiv şəkildə kökləməyin vacibliyini vurğulayıb:

“Bəzi nüanslar olur ki, bunlar uşaqların məktəbə getmək həvəsini azaldır. Buna daha çox yay tətilində rast gəlinir. Valideyn övladına motivasiya vermək əvəzinə, onu neqativə kökləyir. Bu zaman uşağın beynində qalır ki, məktəb yaxşı yer deyil. Bir çox hallarda müəllimlərin də bəzi xətalara yol verdiyini görürük. Şagirdlərə daha çox dərs yükləyirlər. Bu problem onları məktəbdən uzaqlaşdırır. Balaca qəhramanımız təhsil olacağını qayda-qanunun sərt olduğu yer kimi yadda saxlayır. Təbii ki, bunlar doğru deyil. Ana və atalar yay tətilini başa vuraraq məktəbə gedən şagirdi yeni tədris ilinə hazırlamalıdırlar”.

Psixoloq bildirib ki, müəllimlər də şagirdlərdə motivasiya yaratmalıdırlar:

“Müəllimlər xırda uğurlarına görə şagirdlərə hədiyyələr verməli, onlarda həvəs yaratmalıdırlar. Bəzən uşaqlarda bağlanma problemi olur. Onlar daim anaları ilə birlikdə yuxuya gedirlər ki, bu da məktəbə gedən zaman bəzi problemləri üzə çıxarır. Dərsdən qaçır və ya sinifdə anaları ilə otururlar. Bunlar psixoloji məqamlardır. Əgər bu məsələ anında həll olunmasa, gələcəkdə daha ciddi hal ala bilər. Qeyd etdiyim kimi, bəzən əlavə hazırlıqlar da uşağı məktəbdən uzaqlaşdırır. Onlar çalışmalıdırlar ki, ciddi nöqsanlara yol verməsinlər”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*