“Publiko” (İspaniya): Qafqazdakı müharibə: Erməni intiharı və “Primakov doktrinası”backend

"Publiko" (İspaniya): Qafqazdakı müharibə: Erməni intiharı və "Primakov doktrinası"

“Müharibə bir-birini tanıyan, lakin bir-birilərini öldürə bilməyən insanların xatirinə bir-birini tanımayan insanların bir-birini öldürmək istəyidir”- Paul Valerie

Qarabağda olduğu kimi. İki aydan az bir müddətdə iki respublika – Azərbaycan və Ermənistan arasındakı müharibə ən az 5 min insanın həyatına son qoydu, on minlərlə insan yaralandı və qaçmaq məcburiyyətində qaldı. Sonra sanki heç bir şey olmamış kimi, hər iki ölkənin liderləri danışıqlar masasına oturdular, Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılmasına dair bir müqavilə bağladılar.

Cəmi dörd il əvvəl, Azərbaycanla “Üç günlük müharibə”də Ermənistan təxminən 2 min hektar ərazi itirdi. Niyə Paşinyan hökuməti əhalini Azərbaycan torpaqlarını işğal etməyə və hətta “Dağlıq Qarabağ Respublikası”nı ilhaq etməyə təhrik edir? Strateji təhlildə o, sağçı, ümumiyyətlə, “genetik” olaraq uzaqgörəndir, amma millətçi olduğu zaman əsas instinktlər ağlını bulandırır, onu kor edir. Azərbaycanda qalibiyyət hissi var, Ermənistanı hirs, məyusluq, qorxu və inamsızlıq idarə edir. 2018-ci ildə dinc “rəngli inqilab” nəticəsində baş nazir vəzifəsinə sahib çıxan Paşinyan Avropa Birliyinə yaxınlaşmaq üçün Ermənistanı az da olsa Moskvadan uzaqlaşdırmaq istədi. Fəqət bəzi məqamlarda… İndi Paşinyan Moskva ilə İrəvan arasındakı ənənəvi inamı məhv etməkdə ittiham olunur. Qərbsə bir COVID-19-a bürünüb və siyasi komadadır. Ona görə də Qərb Paşinyana kömək etmir, sadəcə baxır.

Bir müddət əvvəl Paşinyan “Qarabağ Ermənistandır”, – dedi. Beynəlxalq hüquq baxımından isə Qarabağ hələ də Azərbaycanındır. Kütləvi saxtakarlıq üzündən 2018-ci il parlament seçkilərini boykot edən Ermənistan Kommunist Partiyası Azərbaycanı Dağlıq Qarabağda mülki şəxslərə hücum etməkdə günahlandırdı və mövcud vəziyyətə hiper millətçi və etniklərarası və dinlərarası isteriyanı pislədi. Bu əslində Ermənistanı “DQR”in beynəlxalq hüququn subyekti kimi tanınmasına bir çağırş idi. Bu, min illərdir birlikdə sülh yolu ilə yaşayan iki xalqın toqquşması deyil, pantürkizm və pan-erməniliyin toqquşmasıdır. Məlumdur ki, bu gün həddindən artıq millətçilik dəbdədir və hətta sağ fanatların bayrağında dini fanatizmi təsviri yer tutub.

Qarşılıqlı ittihamlar sonda silahların dillənməsi ilə nəticələndi. 44 gün davam edən qısa müharibə isə sülh anlaşması ilə başa çatdı.

Rusiya niyə Ermənistana kömək etmədi?

İki dövlət arasında 1997-ci ildə imzalanan hərbi razılaşmaya görə Rusiya Azərbaycanı deyil, Ermənistanı müdafiə etməyə borclu idi. Amma Putin dedi ki, “Bizim üçün Ermənistan və Azərbaycan bərabər tərəfdaşdırlar” və əlavə etdi ki, “Rusiya Federasiyası əhalisinin 15 faizi müsəlmandır”. Bu isə Kremlin qəlbində xüsusi bir yer tutduqlarına inanan erməniləri xeyli kədərləndirdi. Buna baxmayaraq, Putin hökumətində nüfuzlu erməni əsilli məmurlar var. Məsələn, xarici işlər naziri Sergey Lavrov (erməni soyadı Kalantaryan (XVI əsrdə İrandakı dövlətdəki gildiya və xalq nümayəndələrinə verilən “güc” mənasını verən fars adı). Üstəlik, 2020-ci ilin yanvarında anası erməni, atası isə rus-yəhudi qanından olan Mixail Mişutsin baş nazir təyin təyin olundu.

Rusiya Ermənistanı deyil, starteji maraqlarını qorudu

Rusiyanın öz proqramı var idi: münaqişədən qaçmaq, istədiyi nəticəni əldə etmək üçün gözləmək və müşahidə taktikasından istifadə edib hər iki tərəfi vasitəçilik istəyi ilə onlara yaxınlaşmaq.

Bundan əlavə, 44 günlük müharibədə Rusiya Türkiyə ilə açıq qarşıdurmadan çəkindi. Rusiyanın hərbi dəstəyi Türkiyəni (və digər gücləri) azərbaycanlıları qorumaq üçün regiona qoşun göndərməyə məcbur edərdi. Beləliklə, münaqişə beynəlxalq bir münaqişəyə çevriləcək və bəlkə də bütün Qafqaza yayılacaqdı.

Hazırda Rusiyanın Qarabağla bağlı siyasətin əsasını bu ölkənin baş naziri və xarici işlər naziri olmuş və Sovet dövründə bir sıra məsul vəzifələrdə çalışmış bir insanın “Primakov Doktrinası” təşkil edir.  ABŞ-ın birtərəfli hegemonluğuna son qoymaq üçün Yevgeni Primakov Rusiyaya, ilk növbədə, postsovet məkanındakı təsirlərini bərpa etməyi və Avrasiya məkanındakı ölkələrin inteqrasiya prosesinə rəhbərlik etməyi tövsiyə edirdi. İkincisi, o, Çin və Hindistanla strateji tərəfdaşlıqlar yaratmağı vacib hesab edirdi. Vladimir Putin Primakovla siyasi rəqib olmasına baxmayaraq, Lavrovla bu strateji doktrinanı böyük bir müvəffəqiyyətlə tətbiq edir.

Sülh gəldi. Bəs sonra?

• Bundan sonra Ermənistanı Fransa və Amerika Birləşmiş Ştatları deyil, ancaq və ancaq Rusiya müdafiə edəcək. Çünki Ermənistan həm Türkiyə, həm də İranla həmsərhəddir. Bu isə Rusiya üçün vacib faktordur.

• Rusiya, eyni zamanda, Azərbaycanın və qaz boru kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün müəyyən imkanlar qazanacaq. Bir neçə qaz kəmərinin keçdiyi Azərbaycanın Gəncə şəhəri də NATO-nun Əfqanıstana ölümcül hərbi təchizat göndərdiyi nöqtədir. Bu da ABŞ və Avropa üçün yaxşı xəbərdir:

• Rəcəb Tayyub Ərdoğan tərəfindən “DQR”nin fəthinin qarşısı alındı: Nəticədə Türkiyənin strateji nəqliyyat dəhlizinə tam nəzarət etməsinin qarşısı alındı.

• İrəvanın Moskvanın etimad dairəsinə qayıtması və Fransanın Qafqazda şanslarını sınamaq istəklərinin azalması.

• Rusiyanın bölgədəki və Avropadakı nüfuzunu gücləndirməklə yanaşı, dünya münaqişələrində vasitəçi mövqeyini gücləndirmək.

• Türkiyənin böyük ambisiyalarının yatırılması: müqavilənin imzalanmasında Türkiyə tərəfinin iştirakının olmaması Rəcəb Tayyib Ərdoğanın bölgədə olmasının qarşısını aldı.

• Azərbaycanın Naxçıvan bölgəsindən keçən və Türkiyəni Qafqazla birləşdirən ticarət marşrutu üzərində Rusiya sülhməramlılarının nəzarətinin qurulması.

• Qazına sanksiya tətbiq edilən (Amerika şistinin satılması üçün) Rusiyanın qlobal enerji bazarındakı təsirini azaltmağa çalışan ABŞ-a Kreml Avropaya neft və qaz axınının kim tərəfindən idarə olunduğunu göstərdi.

• Suriya, İraq, Liviya, Şərqi Aralıq dənizindəki qarşıdurmalarda iştirak edən və eyni zamanda Kürd partizanları və cihadçılarla qarşıdurmalarda olan Türkiyə indi bu ölkədə yaşayan ermənilərin izləmələrini gücləndirməyə məcburdur. Ərdoğan prezident olduğu müddətdə Türkiyənin başqa düşmənləri yoxdur: ABŞ, Avropa və Rusiya Osmanlı gücünün uçuruma yıxılmasından zövq alır.

İranda vəziyyət qarışıqdır

Azərbaycan İsrailllə uzun müddətdir ki, strateji müttəfiqdir. Ona görə də İran son 20 ildə Ermənistanın tərəfini tuturdu. Keçən ilin sentyabrında Ermənistan da İsraillə diplomatik münasibətlər qurdu. Beləcə, Paşinyan hökumətinin etdiyi səhv ölkəsini İran kimi bir gücün dəstəyindən məhrum etdi. İsrail İrana hücum edəcəyini hər yerdə qışqırarkən belə bir düşüncəsiz fikir necə ortaya qoyuldu? Teokratik rejimin tərəfdarları olan islam fundamentalistləri İrəvanı sərt şəkildə tənqid etdilər və İran hökumətini azərbaycanlı “şiə qardaşlarına” hərbi dəstək verməyə çağırdılar. Lakin rəsmi olaraq ölkə bitərəfliyə sadiq qaldı. İrəvanın müharibə zamanı Azərbaycana pilotsuz uçan aparatlar verdiyinə görə Təl-Əvivdəki səfirini geri çağırmasından sonra ermənilərin məğlubiyyəti İranın bu narahatlığını qismən azaltdı. Bundan əlavə, sülh müqavilənin bağlanması ilə İran təsir gücünü itirdi.

“Publiko” (İspaniya) 27 noyabr, 2020

Tərcümə etdi: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*